- Baxış sayı: 26
- 30 Oktyabr 2026 12:57
- Baxış sayı: 141
- Oktyabr 25, 2026
- 0

“Əl-Əhli”nin hücumçusu Ayven Touni İngiltərə premyer liqasında qayıda bilər.
Allsport.az xəbər verir ki, “Nyukasl” ingiltərəli forvardın xidmətində maraqlıdır.
“Sağsağanlar” Tounini yanvarda transfer etməyə çalışacaqlar. “Nyukals”ın baş məşqçisi Matias Yaysle Səudiyyə Ərəbistanı klubunda birlikdə çalışdığı 30 yaşlı futbolçunu yenidən sərəncamında görmək istəyir.
“Əl-Əhli” Ayven Tonini 2024-cü ilin yayında “Brentford”dan 42 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə “ağ-yaşıllar”ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.