Bir dəqiqəlik sükut

Bir dəqiqəlik sükut

İspaniyada baş verən ağır dəmir yolu qəzası səbəbindən ölkə futbolunda silsilə matəm tədbirləri həyata keçiriləcək.

Allsport.az xəbər verir ki, la liqa və Sequndanın 11-ci turu çərçivəsində təşkil olunacaq bütün qarşılaşmalar faciə qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla start götürəcək.

Ən azı 69 nəfərin ölümü və 100-dən çox insanın xəsarət alması ilə nəticələnən dəhşətli qatar qəzasına görə ölkədə 3 günlük milli matəm elan olunub.

Faciə ilə əlaqədar olaraq, həmçinin İspaniya kral kubokunda çərşənbə günü keçirilməli olan 24 qarşılaşma təxirə salınıb.

Həmin kateqoriyadan