- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsindı keçirilən “Sabah” – “Sumqayıt” oyunundan (0:0) sonra qonaqların baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, oyun barədə bunu deyib:
“Bu gün yaxşı oyuna şahidlik etdik. Hər iki tərəf sürətli futbol göstərdi. Rəqib də biz də qalib gəlməyə çalışırdıq. Qol vura bilmədik, lakin qapımızı toxunulmaz saxlamağı bacardıq.
Cütün taleyi növbəti oyuna qaldı. Komandama göstərdikləri oyuna görə təşəkkür edirəm. 4 gün sonra premyer liqa oyunumuz var. Hazırlıqlarımızı davam etdirəcəyik”.