“İl’Azero”lu MMA döyüşçüsü Mehman Məmmədov kəmər qazanıb

Milli idman geyim brendi “İl’Azero”nun tərəfdaşlarından olan MMA döyüşçüsü Mehman Məmmədov (ön şəkildə kəmər tutandan sağda) növbəti qələbəsini bayram edib. Allsport.az saytının məlumatına görə, Moldova paytaxtı Kişinyovda keçirilən “Eagles FC” yarışında gecənin əsas döyüşü həmyerlimizlə belarus Yevgeni Sibirski-Manko arasında olub.

Pandemiya səbəbindən dəfələrlə təxirə salınan kəmər görüşü ən yüngül çəkidə (48-51 kq arası) baş tutub. Bu, idmançımızın MMA-da 4-cü qələbəsi olub.

Dünən axşam Mehman Məmmədov yurda dönüb. Onu bir qrup idmançı dostu və “İl’Azero” şirkətinin rəhbəri,  yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyev qarşılayıblar.

Нет описания.

Həmin kateqoriyadan