İlham Əliyev Paris-2024 olimpiya oyunlarının yayımı üçün İTV-yə maliyyə yardımı ayırdı

Prezident İlham Əliyev İctimai televiziya və radio yayımları şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Allsport.az saytı xəbər verir ki, Paris-2024 yay olimpiya Oyunlarını yayım hüququnu İTV-nin əldə etməsi üçün, dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan 640 min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Sərəncamla maliyyə nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, nazirlər kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Həmin kateqoriyadan