“İkinci hissədə yaxşı oynamadıq”

“İkinci hissədə yaxşı oynamadıq”

Allsport.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Lazar Spasiç Azərbaycan basketbol liqasının III turunda NTD-yə qarşı keçirdikləri oyunu dəyərləndirib:

“Növbəti qələbəmizi qazandıq. Bu gün üçün işimizi başa vursaq da, görüşün ikinci hissəsində yaxşı oynamadıq. Sabahdan başlayaraq “Naxçıvan’la qarşıdakı oyuna hazırlaşacağıq. İnanıram ki, həmin matçda daha yaxşı çıxış edəcəyik”.

“Sabah” – NTD qarşılaşması ”bayquşlar”ın 100:75 hesablı qələbəsi ilə bitib.

Həmin kateqoriyadan