- Baxış sayı: 43
- 30 Oktyabr 2026 10:00
- Baxış sayı: 141
- Oktyabr 25, 2026
- 0

“Gəncə” basketbol komandası FİBA Avropa kubokunda növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, Murad Dikmənin baş məşqçisi olduğu kollektiv IV turda Portuqaliyanın “Sportinq” klubunu qəbul edib.
Gəncə idman sarayında keçirilən qarşılaşma təmsilçimizin 69:67 hesablı qələbəsi ilə başa çatıb.
“C” qrupunda mübarizə aparan “Gəncə” daha əvvəl Yunanıstanın “Kolossos” (62:80) və Türkiyənin “Esenler Erokspor” (63:92) komandalarına məğlub olub. Komandanın III turda Bolqarıstan təmsilçisi “Rilski Sportist”lə görüşü isə təxirə salınıb.