Antirekorda imza atıb

Antirekorda imza atıb

NBA-də 2026/2027 mövsümünün əvvəlində “Los Anceles Klippers” top itkilərinin sayına görə mənfi göstərici ilə diqqət çəkib.

Allsport.az xəbər verir ki, komanda müntəzəm çempionatın ilk dörd oyununda 94 dəfə top itkisinə yol verib.

Bu, 1996-cı ildən bəri mövsümün ilk dörd matçında NBA komandaları arasında qeydə alınan ən yüksək göstəricidir.

“Klippers” hər oyunda orta hesabla 23,5 dəfə top itirir. Bu müddət üçün liqanın antirekordu isə “Finiks Sans”a məxsusdur. Komanda çempionatın ilk dörd görüşündə 122 top itkisinə yol verib. 1996-cı ildə isə “Nyu Cersi Nets” ilk dörd matçda 96 dəfə top itirib.

“Oklahoma Siti Tander”lə qarşılaşmada “Klippers” 26 dəfə top itkisinə yol verib. Rəqib bu səhvlərdən 38 xal qazanaraq 108:101 hesabı ilə qalib gəlib. Bununla belə, Kaliforniya təmsilçisi həmin görüşdə 15 üçxallıq atışı dəqiq yerinə yetirib. “Tander”in aktivində isə 8 belə atış olub.

Həmin kateqoriyadan