- Baxış sayı: 39
- 16 Oktyabr 2026 16:33
- Baxış sayı: 270
- Oktyabr 14, 2026
- 0

Polşa Ekstraklasasında 7-ci turun oyunları keçirilir.
Allsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Əmrəlinin çıxış etdiyi “Rakuv” öz meydanında “Motor”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Matça əsas heyətdə başlayan 29 yaşlı hücumçu 87–ci dəqiqədə əvəzlənib.
Çempionatda ilk qələbəsini qazanan “Rakuv” 7 oyundan sonra 3 xalla sonuncu yeri tutur.