- Baxış sayı: 32
- 08 Sentyabr 2026 23:43
- Baxış sayı: 243
- Sentyabr 08, 2026
- 0

İngiltərənin “Vulverhempton” klubu “Çelsi” və “Aston Villa”nın sabiq futbolçusu Bertran Traorenin transferini açıqlayıb.
Allsport.az xəbər verir ki, 31 yaşlı cinah oyunçusu “canavarlar”a azad agent kimi qoşulub.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Traorenin son klubu “Sanderlend” olub. Burkina-Fasolu futbolçu “Çelsi”nin yetirməsidir və 2014-cü ildə London klubunun əsas komandasında debüt edib. O, karyerası ərzində “Vitesse”, “Ayaks”, “Lion”, “Aston Villa”, “Başakşəhər” və “Vilyarreal”da da çıxış edib.
“Vulverhempton” ötən mövsümün sonunda İngiltərə premyer liqasını tərk edərək Çempionşipə düşüb. Komanda cari mövsümdə beş turdan sonra 8 xalla doqquzuncu pillədə qərarlaşıb.