- Baxış sayı: 32
- 08 Sentyabr 2026 23:52
- Baxış sayı: 243
- Sentyabr 08, 2026
- 0

“Latsio” 27 yaşlı futbolçu Dioqu Leyteni heyətinə qatıb.
Allsport.az xəbər verir ki, portuqaliyalı müdafiəçi kluba azad agent kimi keçib.
Tərəflər müqaviləni daha 2 il uzatmaq şərti ilə 2 illik sözləşmə imzalayıblar.
Leytenin son klubu ötən mövsümün sonunda ayrıldığı “Union” olub.
Portuqaliyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 25 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. O, ümumilikdə “Union”un heyətində 136 matç keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.