- Baxış sayı: 64
- 21 Sentyabr 2026 10:13
- Baxış sayı: 224
- Sentyabr 17, 2026
- 0

UFC-nin yarımorta çəkidə çempionu İslam Maxaçev karyerasını Moskvada başa vurmaq istəyir.
Allsport.az xəbər verir ki, dağıstanlı döyüşçü bu barədə açıqlama verib.
O, Rusiyada döyüş keçirməyin özü üçün xüsusi önəm daşıdığını bildirib:
“Rusiyada döyüş keçirməyi çox istərdim. Bu, mənim ölkəmdir, burada hamı məni dəstəkləyir, hamı yenidən Rusiyada döyüşümü izləmək istəyir. Karyeramı orada başa vurmaq, Moskvadakı turnirdə əlcəklərimi oktaqona qoymaq istərdim”.
İslam Maxaçev növbəti döyüşünü avqustun 16-da Filadelfiyada keçiriləcək UFC-330 turnirində keçirəcək. Onun rəqibi İen Gərri olacaq.