Növbəti rəqiblərini açıqladı

Növbəti rəqiblərini açıqladı

Avstraliyalı UFC döyüşçüsü Robert Uittaker növbəti döyüşünü keçirmək istədiyi rəqiblərin adlarını açıqlayıb.

Allsport.az xəbər verir ki, yarımağır çəkidə çıxış edən idmançı Məhəmməd Ankalayevlə üz-üzə gəlməyə hazır olduğunu bildirib.

“Ankalayevlə qəfəsi bölüşməyə şad olaram. Yan Blaxoviçlə də döyüşə bilərəm. Boqdan Quskovla qarşılaşmaq da maraqlı olar. Reytinqdə məndən yuxarıda olan istənilən rəqiblə döyüşməyə hazıram. Hamı məni Paulo Kosta ilə yenidən üz-üzə gətirmək istəyir, amma onunla artıq döyüşmüşəm”.

Robert Uittaker iyulda UFC-nin yarımağır çəki dərəcəsində debüt edib və rusiyalı Nikita Krılovu vaxtından əvvəl məğlub edib. O, MMA karyerasında keçirdiyi 36 döyüşün 27-də qələbə qazanıb.

Həmin kateqoriyadan