“Rəqibinin heç bir ümidi yoxdur”

“Rəqibinin heç bir ümidi yoxdur”

UFC-nin ağır çəkidə tanınmış döyüşçüsü Rizvan Kuniyev İslam Maxaçevlə İen Qerrinin çempionluq döyüşü barədə fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, Kuniyev Maxaçevin qarşılaşmanın aşkar favoriti olduğunu bildirib.

O, İslamın rəqibindən bir neçə göstəricidə üstün olduğunu vurğulayıb:

“İslam Qerri ilə müqayisədə başqa səviyyədədir. Maxaçev çəki dərəcəsindən asılı olmayaraq reytinqin bir nömrəsidir. Qerri gənc və yaxşı döyüşçüdür, yaxşı texnikası var, güləşməyi bacarır və boy baxımından İslamdan üstündür. Amma İslam 77 kq-da özünü 70 kq-dakından daha yaxşı hiss edir. Fiziki hazırlıq, güləş bacarığı və funksional hazırlıq baxımından rəqibinin şansı yoxdur”.

Maxaçev UFC-də keçirdiyi 18 döyüşün 17-də qalib gəlib və iki çəki dərəcəsində çempion olub. O, ardıcıl 16 qələbə ilə Anderson Silvanın rekordunu təkrarlayıb.

İen Qerri isə UFC-də 10 qələbə qazanıb, 1 dəfə məğlub olub.

Maxaçev – Qerri döyüşü avqustun 16-da keçiriləcək UFC-330 turnirinin əsas qarşılaşması olacaq.

Həmin kateqoriyadan