Kaxaber Sxadadze “İnter”in 3 futbolçusunu milliyə aparır

Gürcüstan yığma komandasının Malta ilə yoxlama matçı, eləcə də AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçirəcəyi rəsmi oyun üçün heyəti açıqlanıb. Allsport.az xəbər verri ki, Bakı “İnter”ini də çalışdıran, eyni zamanda ölkəsinin milli komandasının baş məşqçisi olan Kaxaber Sxadadze bu iki görüş üçün 29 futbolçuya dəvət göndərib.

Onların arasında “İnter”in 3 futbolçusu da var. Bunlar Aleksandr Amisulaşvili, Laşa Salukvadze və Baçana Sxadadzedir.

Qeyd edək ki, martın 25-də Malta ilə yoxlama matçında qüvvəsini sınayacaq Gürcüstan millisi 4 gün sonra AÇ-2016-nın seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq. Malta yığması isə seçmə mərhələdə Azərbaycan millisinin rəqibidir.

Həmin kateqoriyadan