Könül Nurullayeva İslam oyunlarında Bakı təcrübəsini türkiyəli həmkarları ilə bölüşüb

İslam həmrəyliyi idman federasiyasının nəzarət və koordinasiya komitəsinin və 5-ci İslam oyunlarının təşkilat komitəsinin üzvü Könül Nurullayeva, Konyaya səfəri çərçivəsində yarışın könüllüləri ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, toplantıda oyunlara hazırlıqda görülən işlər bir daha müzakirə edilib. Həmyerlimiz tədbirin təşkili ilə bağlı Bakı təcrübəsini türkiyəlilərlə bölüşüb və Azərbaycanın hər zaman onların yanında olacağını söyləyib.

Həmçinin bütün könüllülərə oyunlara verəcəkləri töhfəyə görə öncədən təşəkkürünü bildirib və onların hər birinə uğurlar arzulayıb.

Həmin kateqoriyadan