Konya-2021: 5-ci İslam oyunlarının başlamasına 20 gün qaldı

9-18 avqustda Türkiyənin Konya şəhərində 5-ci İslam həmrəyliyi oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, artıq yarışların başlamasına 20 gün qalıb. Bununla bağlı təşkilatçılar bu gün sosial şəbəkələrdə paylaşım ediblər.

Tədbirin proqramına atıcılıq, atletika, basketbol (3×3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağırlıqqaldırma, həndbol, cüdo, karate, kikboks, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növləri daxil olunub. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülükdə mübarizə aparacaqlar.

Mötəbər yarışda 56 ölkənin idmançıları 483 dəst medal uğrunda mübarizə aparacaqlar.

Həmin kateqoriyadan