Kyokuşinkaykan karate növü üzrə respublika kuboku keçirilib

Bərdə Olimpiya İdman Kompleksində uşaqlar, yeniyetmələr, gənclər, kişilər və qadınlar arasında kyokuşinkaykan karate idman növü üzrə respublika kuboku keçirilib. Allsport.az xəbər verir ki, Bərdə rayon gənclər və idman idarəsinin rəisi Anar Şahbazov, Beynəlxalq Kyokuşinkay Federasiyasının prezidenti Teyyub Əzizov çıxış edərək, ölkəmizdə idmanın inkişafından və idmana göstərilən dövlət qayğısından danışıb, idmançılara uğurlar arzulayıblar.

Yarışda müxtəlif şəhər və rayonlarından olan 20 komanda iştirak edib. 200-ə yaxın idmançının mübarizə apardığı yarışda Bakının “Abşeron” klubu birinci, Xırdalanın “Çempion” klubu ikinci və “Sədərək” kulubu üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom, medal və kuboklarla təltif olunublar.

Həmin kateqoriyadan