- Baxış sayı: 51
- 28 İyun 2026 17:20
- Baxış sayı: 91
- İyun 26, 2026
- 0

Allsport.az xəbər verir ki, turnirdə ölkəmizlə yanaşı, Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE şahmatçıları təmsil olunur.
Beynəlxalq Şahmat Festivalının açılış mərasimində AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
AŞF və gənclər və idman nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan turnir reytinqə uyğun olaraq “A” və “B” qrupu olmaqla iki kateqoriyada təşkil edilir. Festival çərçivəsində eyni zamanda rapid və blits üzrə də yarışlar keçiriləcək.
200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın mükafat fondu 22 650 manatdır. Turnirin baş hakimi Şaiq Quliyevdir.