Məşqçilərimiz bir neçə oyun izləyib

Türkiyədə təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan Azərbaycan millisinin məqşçilər korpusu daha bir neçə oyuna baxıblar. Allsport.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki “Neftçi” – “Hajer” (Səudiyyə Ərəbistanı) oyununu izləyib. Bu oyundan sonra Prosineçki və Yaşar Vahabzadə “Neftçi”nin baş məqşçisi Arif Əsədovla görüşüblər.

Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç, Yanko Yankoviç, Faiq Əzizov və Babək Alxasov “Xəzər Lənkəran” – “Kemnitser” (Almaniya), Elxan Abdullayev, Draqan Spasiç, Yanko Yankoviç və Babək Alxasov “Qəbələ” – “Əskişəhərspor” (Türkiyə), Faiq Əzizov və Qordan Tsipriç isə “İnter” – “Kayrat” (Qazaxıstan) qarşılaşmasını izləyiblər.

Həmin kateqoriyadan