Macarıstana məğlub oldular

Kişi voleybolçulardan ibarət Azərbaycan komandası bu gün Avropa gümüş liqasında növbəti oyununa çıxıb.

Allsport.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Bakıda təşkil olunan 2-ci tur çərçivəsində Macarıstan yığması ilə üz-üzə gəlib.

GİN-in voleybol mərkəzində baş tutan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

3-cü turun qarşılaşmaları 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq. Bu mərhələdə Azərbaycan yığması rəqibləri meydan sahibi və Avstriya olacaq.

Həmin kateqoriyadan