- Baxış sayı: 66
- 06 Noyabr 2026 14:54
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Fransanın Caenın Ouisterham vilayətinin merinin idman və insan resursları üzrə müavini Jaen-Claude Poilpot Avropa çempionatının elit mərhələsinin oyunları üçün bu şəhərdə olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsini ziyarət edib.
Allsport.az xəbər verir ki, U-19-un məşqini izləyən qonaq Azərbaycan nümayəndə heyətinin rəhbəri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla görüşüb, qarşıdakı oyunlarda yığmamıza uğurlar arzulayıb.
Sadıqov öz növbəsində yüksək qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.