- Baxış sayı: 107
- 26 İyul 2026 19:18
- Baxış sayı: 220
- Avqust 05, 2026
- 0
Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Belarus yığması ilə yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, “ABU Arena”da keçirilən oyunda millimiz 5:2 hesabı ilə qalib gəlib.
Vitali Borisovun dubl etdiyi oyunda hərəyə 1 dəfə Eduardo Mello, Amadeo Fernandes və Samir Həmzəyev fərqlənib.
Bu komandalar arasında növbəti oyun sabah – sentyabrın 2-də keçiriləcək. “ABU Arena”da təşkil olunacaq görüş saat 20:30-da başlayacaq.