Milli iki yoxlama oyun keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası təlim-məşq toplanışında olacaq.

Allsport.az xəbər verir ki, U-21 mayın 26-dan iyunun 2-dək Bakıda, iyunun 2-dən 6-dək Minskdə, iyunun 6-dan 9-dək isə yenidən Bakıda hazırlıq keçəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu müddətdə iki yoxlama görüşü keçirəcək. Milli əvvəlcə iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bu görüşün başlama vaxtı və stadionu barədə daha sonra məlumat veriləcək.

Yığma komanda iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan