Milli olimpiya akademiyasının vitse-prezidenti Gədəbəy icra başçısı ilə görüşüb

MOK-un 30-illik yubileyi çərçivəsində “Azərbaycanın olimpiya odisseyası” adlı layihə əsasında çəkilən sənədli filmlərin nümayişi Gədəbəy, Mingəçevir, Lənkaran və Bərdə rayonları ilə yanaşı, yekun olaraq paytaxt Bakıda da nümayiş olunacaq.

Allsport.az saytı xəbər verir ki, layihə çərçivəsində ilk görüş Gədəbəydə baş tutub. Tədbirdə Gədəbəy rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov, milli olimpiya akademiyasının vitse-prezidenti Fərid Mansurov, rayon ictimaiyyətinin nümayəndələri, fəal gənc və yeniyetmələr iştirak edib.

Layihənin əsas məqsədi olimpiya çempionlarımızla gənclərimizin birbaşa ünsiyyətini təşkil etmək, ölkəmizdə olimpiya dəyərlərinin təbliğ edilməsindən ibarətdir.

Həmin kateqoriyadan