Milli olimpiya komitəsinin nümayəndə heyəti ANOC-un 26-cı baş assembliyasında

Olimpiya komitələri assosiasiyasının Seulda keçirilən 26-cı baş assembliyasında milli olimpiya komitəsindən vitse-prezident Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və xarici əlaqələr şöbəsinin direktoru Anar Bağırov qatılıblar. Allsport.az saytı xəbər verir ki, toplantıda Cənubi Koreyanın prezidenti Yoon Suk-yeol, Beynəlxalq olimpiya komitəsinin prezidenti Tomas Bax və komitənin digər rəsmi nümayəndələri çıxış ediblər.

ANOC-un icraiyyə şurasının iclasında milli olimpiya komitələrinin maraqlarını qorumaq və inkişaf etdirmək, Olimpiya dəyərlərinin bütün dünyada təbliği missiyasını dəstəkləmək üçün cavabdeh olan Assosiasiyasının fəaliyyəti ilə bağlı müzakirələr edilib.

19-20 oktyabrda assosiasiya öz fəaliyyəti ilə yanaşı, işçi qrupların da fəaliyyəti ilə bağlı əsas məsələlərdə hesabat verəcək. Əlavə olaraq, yay və qış olimpiyadalarının təşkilat komitələri tərəfindən hazırlıqla bağlı brifinqlər keçiriləcək.

Nəzərinizə çatdıraq ki, sabah, baş assembliyanın 2-ci günü, ANOC-un prezidenti seçiləcək. Rəsmi olaraq prezident seçiləcək şəxs, həm də BOK-un idarə heyətində yer alır.

Həmin kateqoriyadan