- Baxış sayı: 91
- 15 Sentyabr 2026 13:56
- Baxış sayı: 149
- Sentyabr 23, 2026
- 0

FİFA futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması siyahıda əvvəlki mövqeyində qalıb.
Belə ki, komandamız 1372 xalla 13-cü pillədə qərarlaşıb. Millimizin AÇ-2016-ya vəsiqə uğrunda Slovakiyaya qarşı keçirdiyi pley-off oyunlarındakı uğuru (3:1, 1:1) Azərbaycana 18 reytinq xalı qazandırıb.
İlk üçlükdə qərarlaşan komandalar isə bunlardır: İspaniya (1922), Braziliya (1900), Rusiya (1746).