Millimiz əvvəlki mövqeyində qaldı

FİFA futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması siyahıda əvvəlki mövqeyində qalıb.

Belə ki, komandamız 1369 xalla 13-cü pillədə qərarlaşıb. Son reytinq cədvəli ilə müqayisədə millimiz 3 xal itirib.

Millimizin AÇ-2016-nın final mərhələsindəki rəqiblərinin göstəriciləri belədir: İtaliya – 1717 xalla 4-cü, Çex Respublikası 1403 xalla 11-ci pillədədir.

İlk üçlükdə qərarlaşan komandalar isə bunlardır: İspaniya (1922), Braziliya (1900), Rusiya (1746).

Həmin kateqoriyadan