- Baxış sayı: 65
- 09 İyun 2026 11:25
- Baxış sayı: 42
- İyun 19, 2026
- 0

FİFA futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması siyahıda bir pillə irəliləməyə nail olub.
Belə ki, komandamız 1364 xalla 13-cü pillədə qərarlaşıb.
Millimizin AÇ-2016-ya vəsiqə uğrunda pley-off oyunları keçirəcəyi Slovakiya isə 1223 xalla 22-ci pillədə gedir.
DÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, Xorvatiya 1340 xalla 15-ci, Belarus 1222 xalla 23-cüdür.
İlk üçlükdə qərarlaşan komandalar isə bunlardır: İspaniya (1922), Braziliya (1900), Rusiya (1746).