Millimiz İzmirdə hazırlaşır

Kişi basketbolçulardan ibarət millimiz Türkiyədə təlim-məşq toplanışı davam edir. Allsport.az xəbər verir ki, baş məşqçi Samit Nuruzadənin rəhbərliyi ilə millimiz İzmir şəhərində hazırlıq keçir.

Millimizin təlim-məşq toplanışı çərçivəsində yerli klublarla 4 yoldaşlıq oyunu keçirib və 2-sində qələbə qazanıb.

Hazırlıq prosesinə aprelin 19-da yekun vurulacaq.

Təlim-məşq toplanışı 3×3 basketbol üzrə Avropa çempionatının təsnifat mərhələsinə və Konyada təşkil olunacaq İslam həmrəyliyi oyunlarına hazırlıq xarakteri daşıyacaq.

Həmin kateqoriyadan