Millimiz Türkmənistana ikinci oyunda da qalib gəldi

Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün Türkmənistan yığması ilə növbəti yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, “ABU Arena”da keçirilmiş qarşılaşma futzalçılarımızın qələbəsi ilə başa çatıb – 6:2.

Millimizin qollarını Vitali Borisov, Rizvan Fərzəliyev, Ramiz Çovdarov, İsa Atayev, Amadeo Da Silva və Conatan Luis vurub.

Xatırladaq ki, bu komandalar arasında avqustun 25-də keçirilmiş oyun da millimizin 5:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Həmin kateqoriyadan