- Baxış sayı: 59
- 03 Aprel 2024 11:38
- Baxış sayı: 80
- May 03, 2024
- 0
Almaniya Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda “Verl”lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Ərat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 13 xalla 19 klub arasında 12-ci pillədə qərarlaşıb.