Millimizin sabiq forvardı qol vura bilmədi, komandası uduzdu

Latviya 1-ci liqasında 26-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” klubu da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda lider “Karamba/Dinamo Riqa” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşdə də 90 dəqiqə meydanda olub. O, komandasını kapitan kimi çıxardığı matçda fərqlənə bilməyib.

Qeyd edək ki, Əsgərov bu yayda keçdiyi “1625 Liepaya” klubundakı əvvəlki oyunlarında 15 qol vurub. Onun komandası isə 51 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan