MOK rəsmiləri AOK-un 51-ci baş assambleyasında

İyunun 10-11-də Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropa olimpiya komitəsinin 51-ci baş assambleyasının iclası keçirilir. Allsport.az saytı xəbər verir ki, yerli MOK-un prezidenti Daniel Dimeski, AOK-un rəhbəri Spiros Kapralos və BOK-un başçısı Tomas Baxın iştirak etdiyi toplantıda Paris–2024 yay, Milano Kartina-2026 qış olimpiya oyunları müzakirə olunur.

Həmçinin 3-cü Avropa oyunları – Krakov və Malopolska-2023 təşkilat komitəsinin və Pekin-2022 üzrə BOK təşkilat komitəsinin hesabatları dinləniləcək.

Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov da bu yığıncaqda iştirak edirlər.

Həmin kateqoriyadan