“Mourinyo tamaşaya rəng qatır”

“Mourinyo tamaşaya rəng qatır”

“Leqanes”in futbolçusu Alvaro Morata Joze Mourinyonun “Real Madrid”ə qayıtdıqdan sonra ilk məğlubiyyətindən sonra verdiyi reaksiyadan danışıb.

Allsport.az xəbər verir ki, “kral klubu” və “Atletiko Madrid”in sabiq futbolçusu portuqaliyalı mütəxəssisin xarakterini və mətbuat konfranslarındakı açıqlamalarını izləməkdən zövq aldığını bildirib.

Morata, Mourinyonun açıqlamalarını səbirsizliklə gözlədiyini etiraf edib:

“Düzünü deməyimi istəyirsiniz? Onun belə bir söz deyəcəyini səbirsizliklə gözləyirdim. Çünki bu, məni əyləndirir. Bunu azarkeş kimi deyirəm”.

İspaniyalı hücumçu portuqaliyalı mütəxəssisin İspaniya futboluna qayıdışını yaxından izlədiyini də vurğulayıb:

“Ümid edirəm ki, “Atletiko” çempion olacaq. Amma “El Klassiko” olarsa, sırf onu görmək üçün həmin oyuna baxacağam. O, tamaşaya rəng qatır”.

Joze Mourinyo daha əvvəl “Real Madrid”in baş məşqçisi olub və 2011/12 mövsümündə komandanı La liqa çempionluğuna daşıyıb.

Həmin kateqoriyadan