Nazir qərb bölgəsində idman klublarının fəaliyyəti ilə maraqlanıb

Gənclər və idman naziri Fərid Qayıbov qərb bölgəsini ziyarət edib.

Allsport.az saytı xəbər verir ki, səfər çərçivəsində o, Gəncə şəhərində tikilməkdə olan idman sarayının tikintisi ilə tanış olub.

Sonra Gədəbəy gənclər idman klubunun fəaliyyəti ilə maraqlanıb, sakinlər və idman mütəxəssisləri ilə görüşüb, onları narahat edən məsələləri dinləyib, fikir mübadiləsi aparıb.

Nazir dönərkən, Kürdəmir şəhər stadionu, olimpiya idman kompleksinə baş çəkib, kompleksdə müxtəlif bölmələrində uşaq-gənclərin məşğələlərini izləyib.

Həmin kateqoriyadan