“Olimpiya gündəliyi” komissiyasının iclasında nələr müzakirə olunub?

Allsport.az saytı xəbər verir ki, baş katib və komissiyanın sədri Azər Əliyev, Avropa gənclərin yay olimpiya festivalı (24 – 30 İyul, 2022), Konya- 2022 İslam həmrəyliyi oyunlarında (9 – 18 Avqust, 2022) OCEP proqramının tətbiqi və proqram məktəblərinin iştirakı haqda məlumat verib.

Sonra komissiyanın “İdman hamı üçün” və “qadın idmanda“ televiziya proqramları ilə bağlı cari mövsüm müzakirə edilib. Komissiya üzvləri yeni mövsüm üçün təkliflərini səsləndirdi. MOK-un 30 illik yubileyi ilə yanaşı, “Olimpiya gündəliyi-2020” komissiyasının 5-ci ildönümünün qeyd olunması ilə əlaqədar layihələr müzakirə edilib. Komissiya üzvləri rəqəmsal layihəyə müsbət rəy verdilər.

“Olimpiya gündəliyi-2020” komissiyasının əsası 2017-ci ildə qoyulub. BOK tərəfindən yenilənmiş strateji sənədin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edir.

Həmin kateqoriyadan