Ölkə başçısı Avropa olimpiya festivalında fərqlənən idmançıları və onların məşqçilərini mükafatlandırdı

Prezident İlham Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində Avropa yeniyetmələrinin yay olimpiya festivalında ən yüksək nəticələrə görə idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, onlar aşağıdakı məbləğdə ödülləndiriliblər:

– 1-ci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat;

– 2-ci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat;

– 3-cü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat;

– komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Həmin kateqoriyadan