Pərviz Abdullayev ölkəmizi İtaliyada keçiriləcək turnirdə təmsil edəcək

Mayın 2-də İtaliyanın Verona şəhərində kikboksinq üzrə reytinq xarakterli “Kunlun Fight Series” turnirinin döyüşləri keçiriləcək. Allsport.az xəbər verir ki, dünyanın tanınmış idmançılarının qatılacağı turnirdə “Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Pərviz Abdullayev də iştirak edəcək.

İdmançımız 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popesku ilə üz-üzə gələcək. Bu turnirdə P.Abdullayev erməni idmançı ilə qarşılaşacaqdı, lakin rəqib turnirdə iştirakdan imtina edib.

Xatırladaq ki, idmançımız keçirdiyi 40 döyüşdən 37-də qalib gəlib və 12 dəfə rəqibini nokautla məğlub edib.

Həmin kateqoriyadan