Paytaxtda güləş üzrə beynəlxalq “Təhsil” turniri

16-19 dekabrda Bakı idman sarayında yeniyetmə yunan-Roma və sərbəst güləşçilərin beynəlxalq “Təhsil” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Dünya güləş birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Fransa, Böyük Britaniya, Tacikistan, Qazaxıstan və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edəcək.

Açılış dekabrın 16-da saat 17:00-da olacaq. Yerli və əcnəbi hakimlərin idarə edəcəyi yarışın ilk 2 günündə sərbəst, növbəti 2 günündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Qarşılaşmalar hər gün saat 10:00-da başlayacaq. Final görüşləri isə 17:30-da start götürəcək. Arenaya giriş pulsuzdur.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish