- Baxış sayı: 74
- 04 Avqust 2026 15:45
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

ABŞ-li əfsanəvi güləşçi və sabiq MMA döyüşçüsü Brok Lesnar peşəkar idman karyerasını başa vurduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, 49 yaşlı idmançı artıq bu idman növü üçün yaşlı olduğunu bildirib:
“Bu gün buraya bütün dünyaya karyeramı başa vurduğumu demək üçün gəlmişəm. Hər kəsə böyük təşəkkür edirəm. Şənbə günü mənim üçün çox emosional idi. Oba Femi məni rinqə çırpanda düşündüm ki, bunu bir daha yaşaya bilmərəm. Bu həftə isə anladım ki, artıq hər şey bitib. Karyeramı başa vururam”.
Brok Lesnar son görüşünü Oba Femiyə qarşı keçirib. Polad qəfəsdə baş tutan qarşılaşmada məğlub olan amerikalı bununla rəqibinə ikinci dəfə uduzub.