- Baxış sayı: 44
- 03 Avqust 2026 23:24
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0
“Qəbələ” qapıçı Andrey Popoviçlə yollarını ayırıb. Allsport.az klub saytı xəbər verir ki, 2015-ci ilin yayından “qırmızı-qara” forma geyinən 24 yaşlı futbolçu komandanın heyətində 1 mövsüm çıxış edib.
Qolkiper 2015-2016-cı illər mövsümündə “Qəbələ”də 10 oyun keçirib, 14 qol buraxıb. Premyer Liqada 8 matçda 11 dəfə qola üzülən qapıçı, Azərbaycan kubokundakı yeganə oyunda qapısını toxunulmaz saxlayıb.
O, Popoviç UEFA Avropa Liqasında keçirdiyi matçda 3 top buraxıb. Andrey “qırmızı-qaralar”ın heyətində Topaz Premyer Liqasının bürünc mükafatını qazanıb.