- Baxış sayı: 18
- 07 Sentyabr 2026 12:28
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Premyer Liqanın 4-cü turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (3:2) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Sonda 3 xalı qazanan tərəf olduq. Qarşımızda çox yaxşı müdafiə olunan, təhlükəli əks-hücumlara çıxan kollektiv var idi. Azarkeşlər üçün maraqlı oyun alındı, bol qollu mübarizə oldu. Qələbə qazandığımız üçün sevinirik. Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm ki, hər matçda bizim yanımızda olurlar, futbolçuları dəstəkləyirlər”.