“Qarabağ” avrokuboklarda ən az qol buraxan klublar sırasında

Çempionlar, Avropa və konfrans liqalarında bu mövsüm ən az qol buraxan komandalar məlum olub. Allsport.az saytı xəbər verir ki, siyahıda “Qarabağ” da yer alıb. Ağdam təmsilçisi “G” qrupunda 4 matçda 2 qol buraxıb.

Bu, komandanın 1-ci turda Almaniyada “Frayburq”a 1:2 uduzduğu görüşə təsadüf edib. “Köhlən atlar” bu göstəricidə “Real”, “Çelsi”, “Bavariya” ilə birgə 7-10-cu pillələri bölüşdürür.

Bizlə eyni qrupda yer alan “Frayburq” 1 qolla “Mançester Siti”, “Arsenal”, “Real Sosyedad”la bahəm 3-6-cıdır.

Siyahıya qapısında qol görməyən “Başağşəhər” və “Brügge” başçılıq edirlər.

Həmin kateqoriyadan