“Qarabağ” milli komandamızı məğlub etdi

Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Qarabağ” bu gün yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Ağdam klubunun rəqibi təlim-məşq toplanışında olan Azərbaycanın U-21 komandası olub.

Qarşılaşma 3:2 hesabı ilə Qurban Qurbanovun komandasının qələbəsi ilə başa çatıb. Ağdamlılara qələbəni yeni komandasında ilk qolunu vuran Dani Kintana (12), İlqar Qurbanov (18) və Leroy Corc (67) qazandırıb. Millimizin qollarını isə Seymur Əsədov (8) və Samir Məsimov (89) vurub.

Həmin kateqoriyadan