- Baxış sayı: 19
- 17 İyun 2025 20:58
- Baxış sayı: 83
- İyun 17, 2025
- 0
“Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov, Şimali Makedoniya futbol federasiyasının təşkilatçılığı ilə Skopyedə keçirilən UEFA-nın fitnes üzrə “A” kateqoriyalı məşqçi kursunda təlimatçı kimi iştirak edib. Allsport.az saytı xəbər verir ki, onun təlim keçdiyi seminara 15 ölkədən məşqçilər qatılıblar.
Çakarov məşqçilərə təlimlər keçib, meydanda hazırlıq prosesini nümayiş etdirib. O, “Qarabağ”dakı iş prosesi ilə bağlı təqdimatla çıxış edib, sualları cavablandırıb. Kursa qatılan məşqçilər komandamızın həftəlik hazırlıq tsikli və fiziki hazırlıq prosesi ilə yaxından maraqlanıblar, bu mövzuda fikir mübadilələri aparılıb.