Qasperini “Napoli”yə keçir?

“Atalanta”nın baş məşqçisi Piero Qasperini Avropa liqasının finalında “Bayer-04” üzərində qələbədən (3:0) sonra “Napoli”yə mümkün təyinatdan danışıb.

Allsport.az xəbər verir ki, 66 yaşlı mütəxəssisin “Napoli”nin prezidenti Aurelio De Laurentisin əsas namizədi olacağı barədə şayiələr var.

“Əvvəlcə qeyd edəcəyik və sabah mən “Atalanta” prezidenti ilə danışacağam. Görək.

Qəribə vəziyyətdəyəm, elə bil ailə qurmuşam, övlad sahibi olmuşam, amma əsl gözəlliyə rast gəlmişəm. Bu televiziya üçün ən yaxşı nümunə olmaya bilər!” – bu barədə Qasperini “Sky sport İtalia”ya məlumat verib.

Həmin kateqoriyadan