“Rəqiblərim öz yığmaları ilə məşq edəndə, mənim tirim bütün qışı bağlı oldu”

“Bununla da mənim üçün Tokio olimpiadası başa çatdı. Nəticələr sıradan oldu”. Allsport.az saytı xəbər verir ki, bunu güllə atıcımız Ruslan Lunyov açıqlayıb. 26 idmançı uğursuzluğun səbəbinə belə aydınlıq gətirib:

“Əlbəttə, pandemiya ili özünü göstərməyə bilməzdi. Rəqiblərim öz yığmaları ilə məşq edəndə, mənim tirim bütün qışı bağlı oldu. Tirsiz atıcılıq, susuz üzgüçülük kimidir. Böyük olmayan istirahətdən sonra, bütün səhvləri nəzərə almaqla növbəti mövsümə hazırlığa başlayacağam. Ümid edirəm ki, karantin mənim Paris-2024-ə hazırlığıma daha təsir etməyəcək”.

Qeyd edək ki, kiçikçaplı tapançadan atəşaçmada dəqiqliyini sınayan Lunyov 10 m məsafədə 20-ci yer, 25 m məsafədə 21-ci olub.

Həmin kateqoriyadan