Rafael Ağayev Lüksemburqda ən yaxşı seçildi

Lüksemburqda açıq beynəlxalq karate turnirdə iştiak edən 1-ci Avropa Oyunlarındakı təmçislçilərdən Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq) və Tural Balcanlı (kata) yarışı yüksək nəticələrlə başa vurublar. Allsport.az xəbər verir ki, kumite yarışlarında Niyazi Əliyev (-70 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq) və Şahin Atamov (+84 kq), kata çıxışlarında isə Tural Balcanlı “Luxemburg Open”in qızıl medallarına sahib olublar.

Ən ağır çəkidə də özünü sınayan A.Mamayev finaladək irəliləyib və həlledici döyüşdə Ş.Atamovla görüşdə hörmət əlaməti olaraq qələbəni komandanın kapitanına verib. Rafael Ağayev turnirin “Ən yaxşı texnikaya görə” mükafatına da layiq görülüb.

Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov, onun köməkçisi və böyük məşqçi Rəşad Hüseynov, həmçinin kata üzrə böyük məşqçi Vahid Ayvazovla birgə 5 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olan kişilərdən ibarət əsas milli komandamızın bu yüksək nəticəsi yarışda iştirak edən 20 ölkə idmançıları arasında Azərbaycanı ilk pilləyə yüksəltdi.

Beynəlxalq hakimlərdən federasiyanın vitse-prezidenti Yusif Məmmədov və hakimlər komitəsinin sədri Cahangir Babayev, eləcə də operativ məlumatlar hazırlamaq üçün İnformasiya və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da “Luxsemburg Open”də iştirak edib.

Azərbaycan Milli Karate Federasiyasnın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə səfərdə olan heyət ayın 28-də vətənə dönəcək. Qadınlardan ibarət milli komandamızın Avropa Oyunlarına növbəti hazırlıq yarışı isə mayın əvvəlində İstanbulda nüfuzlu beynəlxalq turnir olacaq.

Həmin kateqoriyadan