“Real Sosyedad”ın yeni baş məşqçisi bilindi

“Real Sosyedad”ın yeni baş məşqçisi bilindi

İmanol Alquasilin cari mövsümün sonunda ayrıldığını açıqlamasından sonra “Real Sosyedad”ın yeni baş məşqçisinin kim olacağı məlum olub.

Allsport.az xəbər verir ki, İspaniya klubuna 2022-ci ildən əvəzedici komandanı çalışdıran Serxio Fransisko başçılıq edəcək.

46 yaşlı mütəxəssisin rəhbərliyi altında San Sebastyan təmsilçisinin ikinci komandası İspaniya 3-cü liqasının 1-ci qrupunda 4-cü yeri tutur.

Həmin kateqoriyadan